Türkiyə ilə aramızda saat fərqi azaldı

Türkiyə ilə aramızda saat fərqi azaldı
  27 Mart 2016    Oxunub:4185
Türkiyə ilə Azərbaycan arasındakı saat fərqi azalıb.
Martın 27-də Ankara vaxtı ilə 03.00-da Türkiyədə saatların əqrəbləri bir saat irəli çəkilib. Ölkədə yay vaxtı 7 ay qüvvədə olacaq və bu zaman kəsiyində Azərbaycanla Türkiyə arasındakı zaman fərqi 1 saat təşkil edəcək.

Türkiyədə yay və qış vaxtları 1925-ci ildən tətbiq olunur.

Qeyd edək ki, artıq bu ildən Azərbaycanda saatların geri və irəli çəkilməsi ləğv edilib.

AzVision.az


Teqlər:  






Xəbər lenti