İntiqam Əliyev azadlığa buraxıldı

İntiqam Əliyev azadlığa buraxıldı
  28 Mart 2016    Oxunub:3844
Bu gün Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib.
İ.Əliyevin vəkili Cavad Cavadov AzVision.az -a deyib ki, məhkəmə İntiqam Əliyev barəsində 5 il şərti cəza verilməklə azadlığa buraxılması barədə qərar verib.

Xatırladaq ki, Məhkəmə qapalı keçirilib, vəkillərdən başqa içəri heç kim buraxılmayıb. İntiqam Əliyev iclasa gətirilməyib.

Qeyd edək ki, İntiqam Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsidə hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qərardan narazı qalan İ.Əliyev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə hökmü dəyişməyib. İntiqam Əliyev Ali Məhkəməyə kassasiya şikayəti versə də, onun şikayəti təmin olunmayıb.

Bir neçə gün bundan öncə Baş Prokurorluq İ. Əliyev barəsində cəzanın ağır olmasına dair əlavə kassasiya protesti verib.


Teqlər:  






Xəbər lenti