Göygöldə narkoplantasiya aşkar olundu - Video
Göygöl rayon Polis Şöbəsinin tədqiqat qrupunun rəhbəri Nemət Balakişiyev deyib ki, 35 ədəd dibçək kolu, 17 ədəd gövdəsi kəsilmiş dibçək kolu, 3 ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə aşkar edilib. Bundan başqa, 15 ədəd boş kibrit qutusu, 4 ədəd kəskin qoxulu kütlə müəyyən edilərək götürülüb.
Hadisə yerində ilkin ifadələri zamanı Etibar və Cabbar əməllərini səmimi etiraf ediblər. Qardaşlar xüsusi işıqlandırma sistemi ilə əkib-becərdikləri narkotik tərkibli kolları özləri üçün yetişdirdiklərini desələr də, polis bunu inandırıcı hesab etmir. Yaşca böyük olan Etibar Hacıyev uzun illərdir narkotik aludəçisi olduğunu bildirərək, ərazidən xeyli miqdarda dolu və boş halda kibrit qutusunun aşkarlanmasına özünəməxsus şəkildə cavab verib.
“Mən, 40 ildir bunun çəkəniyəm. Narkotiki də şəxsi, özüm üçün əkmişəm. Məqsədim o olub ki, qurusun, yavaş-yavaş çəkim. Yəni burada o kibrit qutusunun və paketlərin heç bir aidiyyatı yoxdur”.
Qardaşlardan Cabbar Hacıyev əvvəllər bir dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


