Bankların bayramı qara gəldi - Hər gün 15 milyon ziyan
“Hesab edirəm ki, bizdə dövlət qurumlarının, özəl şirkətlərinin işləməməsi bir gün üçün 50 milyon manat ziyan deməkdir. Bayram günlərində ən çox ziyan banklara dəyib. Araşdırmamız zamanı məlum olub ki, gün ərzində ölkənin bank sektoru 15 milyon manat itirib. Bu isə 9 gün ərzində böyük rəqədm deməkdir.
Bəzi banklar bayram günlərində işləsələr də, onlar xeyir götürə bilmədilər. Buna səbəb xarici turistlərin valyutanı dəyişməsi üçün banklara ehtiyacı idi. Əslində bayramda işləyən banklar xeyli zərər çəkdilər. Yəni həmin günlərdə gözlənilən qədər valyuta alqı-satqısı olmadı”.
Gültəkin Ələsgər
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


