Rus bölməsi abituriyentlərinin nəzərinə
Həmin imtahanda iştirak etmək üçün qeydiyyat internet vasitəsilə aparılır.
AzVision.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadən xəbər verir ki, rus bölməsinin abituriyentləri qeydiyyatdan keçmək üçün TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. Rus bölməsinin abituriyentləri iş nömrəsi və şifrə əldə etdikdən sonra TQDK-nın internet saytının müvafiq səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Həmin abituriyentlərin əldə etdikləri bu ödəmə kartındakı iş nömrəsi və şifrdən elektron ərizə qəbulunun bütün mərhələlərində istifadə olunacaq. TQDK-nın ikinci ödəmə kartını əldə etməyə ehtiyac qalmayacaq.
Qeyd edək ki, rus bölməsinin abituriyentləri üçün birinci Azərbaycan dili imtahanı mayın 1-də, ikinci Azərbaycan dili imtahanı isə iyulun 12-də keçiriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


