Əmək qabiliyyəti 15 yaşdan hesablanacaq
Əmək qabilliyyətli şəxslər I və II qrup əllillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” qanunla müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür.
Komitə sədri H. Rəcəbli çıxışı zamanı əlavə edib ki, gələcəkdə bu məsələnin üzərində yenidən çalışmaq lazımdır: “Çünki bu gün Azərbaycanda elə II qrup əlillər var ki, onların əmək qabiliyyətli imkanları var. Digər qanunda müddəa var ki, əlillərdən 25 nəfərdən biri işlə təmin olunmalıdır. Ona görə də bu kimi məsələdə müəyyən uyğunsuzluq yaranmış olur.
Bu məsələyə yenidən qayıtmaq lazımdır. Çünki qismən əmək qabiliyyətli olan II qrup əlillərə bəzən iş yeri verilir. İndiki halda isə I və II qruplar əmək qabiliyyətli deyil. Bunu da hazırki qanunvericiliyə ehtiva edirik”.
Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


