Bakıda otellər Gürcüstandan 3-4 dəfə ucuzdur - Rəsmi
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ölkəmizdə turizm qiymətlərinin yüksək olması haqda fikirlərə münasibət bildirərkən deyib.
Nazir müavini bildirib ki, müştəri qiyməti baha olan restorana ikinci dəfə üz tutmaz: “Biznesini itirən restoran və ya hotel qiymətlərin yuxarı olmasını düşünməlidir. Xarici valyuta ilə müqayisədə Azərbaycanda qiymətlər daha cəlbedicidir. Novruz bayramından əvvəl Gürcüstanda olan qiymətlərlə Azərbaycan hotellərində olan qiymətləri yanaşı qoyduqda, 5 ulduzlu seqmentdə Bakıda olan brend hotellərin 3-4 dəfə, 4 ulduzlu seqmentdə 2 dəfə ucuz olduğunu müşahidə etdik. Amma ölkəmizdə bu sahədə problem 2-3 ulduzlu hotellərin az olmasındadır. Çünki 2-3 ulduzlu hotellərin tikilməsinə indiyə kimi holdinq və ya sahibkarlar böyük maraq göstərməyiblər. Bu onlara o qədər də cəlbedici görsənməyib. Halbuki 2-3 ulduzlu hotelə qoyulan investisiya daha tez qaytarılır, nəinki çox ulduzlu hotellərə yatırılan vəsait. Bu baxımdan az ulduzlu hotellərlə bağlı sahədə çalışmaq lazımdır”.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


