Bakıda yollar bağlandı, tıxac var

Bakıda yollar bağlandı, tıxac var
  01 Aprel 2016    Oxunub:1859
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə xəbərdarlıq edib.
NİİM-dən AzVision.az-aa verilən məlumata görə, bu ilin iyun ayında Bakı şəhərində keçiriləcək Formula 1 yarışına hazırlıq işləri ilə əlaqədar Neftçilər prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Əziz Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun 3 zolağında və Əziz Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu səbəbdən Yusif Səfərov, Neftçilər və Üzeyir Hacıbəyov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bundan başqa Bakı-Sumqayıt şosesi (paytaxta doğru) və Binəqədi şosesində nəqliyyat vasitələrinin tıxacı yaranıb.

Eyni zamanda A.Bakıxanov küçəsi, S.Vurğun küçəsi (Müasir Təhsil Kompleksi tərəf), Koroğlu Rəhimov küçəsi (Prezident iqamətgahı istiqamətində), Tbilisi prospektində (Nəqliyyat Nazirliyinin qarşısı), Azadlıq prospekti, habelə Üzeyir Hacıbəyov və Yusif Səfərov küçələrində (mərkəzə doğru) nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AzVision.az


Teqlər:  






Xəbər lenti