Ali Məhkəmədə baxılan işlərin sayı artıb

Ali Məhkəmədə baxılan işlərin sayı artıb
  01 Aprel 2016    Oxunub:2006
Ötən ildə Ali Məhkəmənin məhkəmə kollegiyalarında plenimun icraatinda cəmi 11095 iş, o cümlədən cinayət kollegiyasında 2609 nəfər haqqında 2307 iş hərbi kollegiyada 175 nəfər haqqında 154 iş, mülki kollegiyada 6314 iş, inzibati-iqtisadi kollegiyada(inzibati) 1885 iş, inzibati-iqtisadi kollegiyada(iqtisadi) 423 iş, plenumda isə 12 iş olub.
AzVision.az-ın xəbərinə görə, bu, Ali Məhkəmənin 2015-ci il fəaliyyətinə dair məlumatında əksini tapıb.

Qeyd olunub ki, ötən il məhkəmə kollegiyalarında və plenumun icratında olan 11095 işdən cəmi 9404 işə baxılıb. Cinayət kollegiyasında 2110 nəfər haqqında 1856 işə, hərbi kollegiyada 151 nəfər haqqında 135 işə, mülki kollegiyada 5657 işə, inzibati-iqtisadi kollegiyada (inzibati) 1399 işə, inzibati-iqtisadi kollegiyada (iqtisadi) 345 işə, plenumda isə 12 işə baxılıb.

2015-ci ildə baxılmış işlərin say 2014-cü illə müqayisə etdikdə 736 işin artması görünür.

AzVision.az


Teqlər:






Xəbər lenti