Rasim Əliyevi döyənlərə 54 il verildi - Hökm

Rasim Əliyevi döyənlərə 54 il verildi - Hökm
  01 Aprel 2016    Oxunub:2537
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə hökm elan olunub.
AzVision.az xəbər verir ki, məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilənlər məhkəmədə özlərini təqsirli bilmədiklərini, ittihamla razılaşmadıqları bildiriblər.

Dövlət ittihamçısı Elşən İsmayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Məmmədov və Kənan Mədətovun hər birinin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Rasim Əliyev xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib



Teqlər:






Xəbər lenti