`Düşmənin bir neçə atəş nöqtəsi tutulub`

`Düşmənin bir neçə atəş nöqtəsi tutulub`
  02 Aprel 2016    Oxunub:50500
“Hazırda cəbhədə baş verənlərlə bağlı erməni tərəfin yaydığı bütün xəbərlər təxribat xarakterlidir”.

Bunu AzVision.az-a Müdafiə Nazirliyidəki etibarlı mənbədən bildiriblər.

Mənbə əlavə edib ki, cəbhədə baş verən atışma zamanı Azərbaycan tərəfinin böyük artilleriya üstünlüyü nəticəsində erməni silahlı qüvvələrinə ağır zərbələr endirilib. Qarşı tərəf mövqelərini tərk edərək, geri çəkilib. Düşmənin Tərtərə atəş açdığı nöqtələrdən bir neçəsi tutulub.

Aldığımız məlumatda erməni tərəfdən böyük canlı qüvvə və texnika itkisinin verildiyi deyilir.

* * *

Müdafiə Nazirliyinin rəsmi məlumatı: Düşmənin döyüş texnikası, canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb

Erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.
Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb.



Teqlər:  






Xəbər lenti