`Beynəlxalq təşkilatlar sanksiya tətbiq etməlidir`
"Bütün bunlar onu göstərir ki, Azərbaycan insanının hüquqlarının Ermənistan tərəfindən kobud şəkildə pozulması həmin qurumları maraqlandırmır. Yenə də Azərbaycana qərəzli yanaşma var. Əslində isə bu yanaşma həmin təşkilatların işdə deyil, sözdə və öz maraqlarına uyğun olaraq, guya insan hüquqlarını qoruduqlarının göstəricisidir.
Ermənistanın bu təcavüzkar əməlindən Azərbaycan üzüağ çıxacaq. Azərbaycan Prezidentinin iradəsi, Azərbaycan Ordusunun gücü, Azərbaycan xalqının Prezident, Ali Baş Komandanla, Azərbaycan Ordusu ilə bir yerdə olması bizi bu çətinlikdən çıxaracaq. Öz gücümüzlə, özümüzə güvənməklə torpaqlarımızı erməni işğalından azad edəcəyik".
Komitə sədri media vasitəsilə insan haqlarını hər zaman önə çəkən beynəlxalq təşkilatlara çağırış edib: "Ermənistan Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirir. Ermənilərin ötən gecə ağır artilleriyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində məckunlaşmış məcburi köçkün Cəlal Rəhimov ölüb, oğlu Orxan Rəhimov isə ayaqlarını itirib. Onların da yaşamaq hüququ var. Mən beynəlxalq təşkilatları Ermənistanın bu işğalçılıq siyasətinə qiymət verməyə, sanksiyalar tətbiq etməyə çağırıram".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


