`Əsgərlərimizin döyüş ruhu yüksəkdir` - Müdafiə Nazirliyi

`Əsgərlərimizin döyüş ruhu yüksəkdir` - Müdafiə Nazirliyi
  04 Aprel 2016    Oxunub:3565
“Azərbaycan əsgərinin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı olduqca yüksəkdir”.

Bu barədə AzVision.az-a hazırda cəbhə bölgəsində olan Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani deyib.

O, bildirib ki, əsgərlərimiz döyüşə sevinə-sevinə gedirlər: “Doğrudur, şəhidlər vermişik. Amma, hər bir şəhidimiz əsgərlərimizi onlarla düşmən canı almağa ruhlandırır. İtkilərimiz olsa da, ruhdan düşmürük. Bilirk ki, qələbə qurbansız olmaz”.

A.Qurbani qeyd edib ki, Azərbaycan tərəfi birtərəfli atəşkəs elan etsə də, ermənilər buna məhəl qoymurlar: “Mövqelərimiz yenə atəşə tutulur. Buna baxmayaraq əsgərimiz yerində möhkəmdir. Azərbaycan əsgəri bilir ki, arxasında xalq, Ali Baş Komandan durur. Heç bir əsgəri güllə öldürmür. Əsəgri laqeydlik, biganəlik öldürür. Bu gün xalqla ordu birdir. Biz isə xalqımızı qələbə müjdəsi ilə sevindirəcəyik”.

Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb ki, hazırda cəbhədə vəziyyət gərgin olsa, da xeyrimizdəri: “Düşmənin xeyli canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Strateji yüksəklik bizim əlimizdədir. Vəziyyət yaxşıdır. Amma, əsas odur ki, xalq bu gün əsgərinə arxa-köməkdir. Gərginlik heç kimi qorxutmamalıdır. Torpaq uğrunda ölən varsa, şəhiddir. Torpaq su ilə qarışanda, palçıq, qan ilə qatışanda vətən olur”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti