YAP-dan Sarkisyanın atəşkəs çağırışına reaksiya
A.Mirzəzadə Ermənistan prezidentini hiylə işlətməkdə ittiham edib: “Bu Sarkiyanın növbəti hiyləsidir. Çünki, o, bunun üçün bütün hərbi birləşmələri 1 aprel 2016-cı il tarixədək tutduqları mövqelərə qayıtması şərtini qoyub. Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir. BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini yerinə yetirmək əvəzinə, o Azərbaycan əsgərinin tökdüyü qanın üstündən keçib, yenidən riyakarlıq etmək istəyir”.
YAP rəsmisi vurğulayıb ki, sülh istəyən işğal etdiyi ərazilərdən öz qoşunlarını çəkməlidir, daha Azərbaycan Ordusunun geri çəkilməsini tələb etməməlidir.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk Qrupu ölkələrinin İrəvandakı səfirləri ilə görüşü zamanı bəyan edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində kompromislərə hazırdır.
O, bildirib ki, Ermənistan və Dağlıq Qarabağ hərbi əməliyyatların dayandırlımasına tərəfdardır və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində kompromislərə hazırdır.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


