Bakı metrosunda təhlükəsizlik gücləndirildi
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, cəbhədəki vəziyyətlə bağlı metro stansiyalarında baş verə biləcək hər hansı təxribatın qarşısını almaq üçün polis metro stansiyalarında təhlükəsizlik tədbirlərini gücləndirib:
“İndi metro stanasiyalarında təkcə giriş-çıxışlarda deyil, stansiyaların hər yerində, platformalarında da polis əməkdaşları təhlükəsizlik tədbirlərinə cəlb edilib. Bütün metro stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


