İlham Əliyev federasiya prezidenti ilə görüşdü
Tomaş Ayan ötən il Bakıda birinci Avropa Oyunlarının ən yüksək səviyyədə keçirildiyini vurğuladı. Bu ilin iyun ayında isə Bakının Formula 1 yarışlarına ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan Tomaş Ayan bu yarışın bütün dünyada böyük maraqla izlənildiyini dedi, yarışları izləmək üçün Bakıya Avropa ölkələrindən çoxlu sayda turistlərin gələcəyini qeyd etdi.
Dövlətimizin başçısı Formula 1 yarışlarının böyük marağa səbəb olacağına əminliyini ifadə etdi, bu məqsədlə ölkəmizə çoxlu sayda turistlərin gələcəyinə ümidvar olduğunu dedi.
Görüşdə Azərbaycanda idmanın ayrı-ayrı növlərinin, o cümlədən ağır atletikanın inkişafına dövlət səviyyəsində diqqət göstərilməsinin əhəmiyyəti vurğulandı, ölkəmizin idman sahəsində beynəlxalq əməkdaşlıq işinə böyük töhfələr verdiyi qeyd olundu.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


