Tarif Şurasından
AzVision.az-a verilən xəbərə görə, iclasda həmçinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin 1 gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan yuxarı olduqda isə 3 manat müəyyən edilib.
Tariflər 2016-ci il 6 aprel tarixindən qüvvəyə minəcək.
Qərarlar Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölmələrində yerləşdirilib.
AzVision.az