Cəbhədə son vəziyyət necədir?
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ordumuzun bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirir.
Ermənistan tərəfinin dünən saat 12.00-dan sonra atəşkəs razılaşmasının Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə pozulması barədə yaydığı məlumatların da heç bir əsası yoxdur.
Müdafiə Nazirliyi bildirir ki, bu kimi xəbərlərin yayılması erməni tərəfinin atəşkəs rejimini pozmaqla törədəcəyi növbəti təxribatlara zəmin yaratmaq və baş verə biləcək hadisələrə görə məsuliyyəti əvvəlcədən Azərbaycan tərəfinin üzərinə atmaq məqsədi daşıyır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


