Azərbaycanda üç sahədə plagiatlıq geniş yayılıb
Onun sözlərinə görə, son vaxtlarda agentlik tərəfindən 52, ötən il isə 9 plagiat faktı araşdırılıb. Sədr bildirib ki, plagiatlıqla mübarizə vacibdir və bunun üçün ölkədə milli antiplagiat sisteminin yaradılmasına ehtiyac var.
Kamran İmanov əlavə edib ki, agentlik tərəfindən müəllif-hüquq qanunvericiliyi nöqteyi-nəzərindən sistem üçün ümumi prinsipləri, alqoritmləri və tələblər hazırlanıb:
“Eyni zamanda, proqram təminatının texniki şərtləri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri də artıq hazırdır. Mövcud dünya təcrübəsi də nəzərə alınmaqla, Elmlər Akademiyasının müvafiq strukturları ilə birgə bunların əsasında mərkəzləşmiş biliklər bazası, daha doğrusu, rəqəmli əsərlərin saxlanma yeri və anti-plagiat informasiya axtarışı sistemi yaradılması işinə start verilməsinə xüsusi diqqət yetirilməsi vacibdir”.
Gültəkin Ələsgər
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


