`Vicdanlı alimlə vicdansız alim eyniləşdirilirsə...` - Nazir

`Vicdanlı alimlə vicdansız alim eyniləşdirilirsə...` - Nazir
  07 Aprel 2016    Oxunub:2580
“Əgər plagiata yol verilirsə, vicdanlı alim və vicdansız alim eyniləşdirilirsə, bunun məntiqi nəticələri hər kəs üçün aydındır. Təhsil sistemində plagiatın qarşısının alınması hər birimizin qarşısında duran məqsəd və vəzifədir”.
AzVision.az-ın məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin (MHA) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda keçirilən dəyirmi masada təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, plagiatlığın qarşısı almaq üçün beynəlxalq təcrübə araşdırılıb: “Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu istiqamətdə hazırda Azərbaycanda işlər həyata keçirilir. İlk növbədə məhz Müəllif Hüquqları Agentliyi tərəfindən hüquqi çərçivə həyata keçirilib. Biz təhsil sistemində fəaliyyət göstərən rəhbərlər, alimlər, dövlətdən aidiyyatı orqanlardan bu işin həyata keçirlməsini tələb etməliyik. Əgər plagiat halı varsa, deməli, onu təhsil alan və yaxud təhsil verən şəxs edir. Bu, sirr deyil. Plagiata yol verən şəxs bunun plagiat olduğunu çox yaxşı başa düşür. Bu sahədə təhsil sisteminin üzərinə maarifləndirmə işinin qurulması, elmi işlərin, diplom işlərinin, referatların yazılması metodları, qaydaları, prosedurların nədən ibarət olması ilə bağlı maarifləndirmə işinin qurulmasını təmin etmək düşür. Əks halda elmi fəaliyyətin məhdudlaşdırılmasına gətirib çıxara bilər”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  






Xəbər lenti