Azərbaycan OPEK-in iclasında iştirak edəcək

Azərbaycan OPEK-in iclasında iştirak edəcək
  07 Aprel 2016    Oxunub:2432
“İran, Rusiya və Azərbaycan transsərhəd terrorizm və narkotraffiklə mübarizədə aktiv olmalıdır”.
AzVision.az-ın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, bu istimqaətdə ölkələrimizin bir sıra orqanları əməkdaşlıq edir və biz müntəzəm qaydada bu istiqamətdə işlər aparırıq.

Bundan başqa E.Məmmədyarov bildirib ki, Azərbaycan aprelin 17-də Dohada keçiriləcək neft hasil edən ölkələrin (OPEK) konfransında iştirak edəcək: “Biz ikitərəfli və üçtərəfli görüşlərimiz zamanı enerji məsələsələrini müzakirə etdik. Azərbaycan Dohada keçiriləcək neft hasil edən ölkələrin (OPEK) konfransında iştirak edəcək. Ümid edirik ki, həmin görüşdə bütün ölkələrin maraqlarına uyğun qərarlar qəbul ediləcək”.

Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, görüşdə Rusiya və İran da iştirak edəcək: “Biz görüşdə bu məsələni də müzakirə etdik. Hamımız Dohadakı görüşdə iştirak edəcəyik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti