`Cıdır düzündə elə konsert verəcəyəm ki...` - Xalq artisti

`Cıdır düzündə elə konsert verəcəyəm ki...` - Xalq artisti
  08 Aprel 2016    Oxunub:4451
Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycanın tanınmış müğənniləri cəbhə bölgəsinə gedərək əsgərlərimizə dəstək nümayiş etdiriblər.
Müğənni Elnur Məmmədov və xanəndə Qoçaq Əsgərov düşmən işğalından azad edilən Lələ-Təpədə “Qarabağ şikəstəsi”ni ifa ediblər.

İllər sonra Azərbaycan torpaqlarında “Qarabağ şikəstəsi”nin səslənməsi qüvurvericidir. Bu, hələ son deyil. Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl, Ağdam, Qubadlı, Zəngilan, Ağdərə, Füzulə, Xankəndidə də tezliklə “Qarabağ şikəstəsi” səslənəcək.



Xalq artisti Arif Babayev də bu arzu ilə yaşayır. O, işğal altında olan torpaqlarımızda “Qarabağ şikəstəsi”ni ifa edəcəyinə inandığı bildirib.

“Döyüşlərdən sonra Ağdama gedərək əsgərlərimizlə görüşdüm. Onlarla qürur duyuram. Bir sıra yüksəkliklərin işğaldan azad edilməsinə sevinirik. Bu, başlanğıcdır. Qarabağı düşməndən tezliklə azad edəcəyik. Buna heç kimin şübhəsi olmasın. Təki torpaqlarımız azad olunsun bizdə orada konsertlər verək. Mənim ən böyük arzum Cıdır düzündə konsert verməkdir”.



Kəlbəcərli xanəndə Babək Niftəliyev döyüşə getmək üçün ölkə başçısının əmrini gözlədiyini bildirib.

“Qocaq həmkarım kimi mən də işğaldan azad olunan ərazilərdə mahnılar oxumağa hazıram. Amma ora sadəcə baxmaq lazım deyil. İrəli getmək, daha da qabağa getmək lazımdır.

Arzu edirəm ki, Zəngilanda, Şuşada, Qubadlıda, Cəbrayılda, Laçında - bütün Qarabağda eyni vatxda, eyni saatda “Qarabağ şikəstəsi” səsnləndirilsin. Bu arzu ilə yaşayıram”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  






Xəbər lenti