`Vaxtaşırı erməni təxribatı ilə üzləşirik` - Əliyev Medvedevlə görüşdü (FOTOLAR)

`Vaxtaşırı erməni təxribatı ilə üzləşirik` - Əliyev Medvedevlə görüşdü (FOTOLAR)
  08 Aprel 2016    Oxunub:5186
“Son günlər münaqişə zonasında gərginliyin azalması müşahidə olunur”.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Rusiyanın baş naziri Dimirti Medvedevlə görüşündə bildirib.

“Sizin səfəriniz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vəziyyətin gərginləşməsi fonunda baş tutur. Təəssüflər olsun ki, uzun illərdir bu problem öz həllini tapmır. Vaxtaşırı erməni tərəfinin təxribatları ilə üzləşirik. Gərginliyin azaldılması üçün vaxtında və operativ addımlar atdığına görə Rusiya rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm”.

Prezident İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanaraq danışıqlar yolu ilə həllinə sadiq olduğunu vurğulayıb.

***

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev ilə məhdud tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökumətinin Sədri Dmitri Medvedevi qarşılayıb. Azərbaycan Prezidenti və Rusiya Hökumətinin Sədri birgə foto çəkdiriblər.

***

Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.


Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti