Ölkəmiz üçün həssas məqamda mənfur fikirlərindən əl çəkməyən Əli Kərimli düşmən tərəfinin istinad mənbəyinə çevrilib. Qarşı tərəfin Azərbaycana qarşı başlatdığı informasiya müharibəsində Əli Kərimlinin təxribat dolu fikirləri düşmən KİV-lərinin manşetlərində yer alır. Bu, AXCP sədrinin erməni tərəfi ilə bir cəbhədə olmasının göstəricisidir.
Əli Kərimlinin evi qarşısında toplanan gənclər `Millli satqına ar olsun`, `Oğlun fərarı, özün...`, `Satqınlara aramızda yer yoxdur`, `Əli Kərimli, sən ermənisən`, `Sənin oğlun İngiltərədə, bizim oğullarımız səngərdədir`, `Hərbi bileti olmayan satqın`, `Erməni nokəri`, `Muharibədə olmayan müharibə təbliğatçısı`, `Şəhid qanından istifadə edən şərəfsiz`, `Vətən satqınlarına Azərbaycanda yer yoxdur`, `Əli Kərimliyə ar olsun`, `Milli satqın`, `Erməni tulası`, `Xalq İlham Əliyevin yanındadır` kimi şüarlar səsləndirərək etiraz edərkən Əli Kərimli aksiyanı pəncərə arxasından seyr edib. O, qorxusundan gənclərin qarşısında çıxmayıb.

Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


