Şəhid sayına sevinən şərəfsizlər
Lev Tolstoy demişdi ki, müharibənin nəticələri həmişə böyük fəlakət və ümumi əxlaq pozğunluğuna gətirib çıxaracaq. Tolstoyla razılaşmaya bilmərəm. Çünkü mən bu əxlaqsızlığı 3 günlük Qarabağ müharibəsində, sosial şəbəkələrdə şirə-pələngə dönən "qəhrəmanlar" gördüm. Deməli, dahi Tolstoy düz deyibmiş.
Bu cür vətən xainləri "status bol olarsa, basılmaz vətən" deyib, barmaqlarını dillərinə vurub, tüpürcəkliyənlər başladılar ölkəmizin əleyhinə dezo xəbərlər paylaşmağa. Ordumuz soyuq səngərdə düşmənin mövqelərini məhv edən zaman, özünü zurnalıst, siyasətçi, nə bilim "bolşoy" nəsə zənn edənlər isti evində çayı qarşısında klaviaturanı əlinə alıb şəhidlərimizin sayını hesabladılar.
Onlar şəhidlərin sayını hesablayan zaman biz də onların şərəfsizlərinin sayını hesabladıq. Dünyaya ermənilərin terrorçuluğunu təbliğ etməkdən, birliyimizi həmrəyliyimizi, vətənpərvərliyimizi göstərməkdən başladılar özlərini tolerant, humanizm allahları kimi göstərməyə. Bu isə erməni mediasından yan keçmədi. Döyüşlər başlandığı gündən bax bu hərəkətləri ilə erməniləri sevindirən klaviatura "qəhrəmanlarının" dövlət, millət əlehinə yazılan statusları düşmənlər tərcümə edib bizim necə bir xalq olduğumuzu göstərdilər. Biz nə göstərdik?
Məğlubiyyət qaçılmaz olanda yalnız axmaqlar ondan qaçmağa cəhd edər. 23 ildir siyasi arenada məğlub olanlar istədilər ki, qısa bir zamanda qəhrəman olsunlar. Lakin onların bu hiyləsi də baş tutmadı. Çünkü qələbə yalnız güclülərə yox, həm də səbrli və bacarıqlı olanlara qismət olur! Onlarda isə səbr və bacarıq yox idi.
Vaxtilə ermənilərlə iş birliyində təqsirləndirilən Əli Kərimli də klaviatura qəhrəmanı olmağa çalışdı, amma həmişəki kimi bu dəfə də alınmadı. O əvvəlcə müdafiə nazirinə nazirimiz deyərək bir status yazıb iqtidarı bu ağır gündə tənqid etməməyə çalışdı. Lakin sonradan başladı valı tərsinə fırlatmağa. Bu da erməni saytlarında işıqlandırıldı. Sayt Ə.Kərimliyə istinadən yazır: “Bəs deyirdiniz Qarabağı alacağıq? Nə oldu? Niyə ala bilmədiniz?”
Əgər həqiqətən Əli Kərimlini Dağlıq Qarabağın müqəddaratı maraqlandırırdısa, oğlunu heç olmasa hərbi xidmət çəkməyini təmin edərdi, nəinki gizlədərdi.
P.S. Taylı tayın tapmasa günü ah-vayla keçər.







Vaxtında, Aydın, Lazımlı!


