Sumqayıt bələdiyyəsinə sədr seçildi - 4 aydan sonra
Qurumdan AzVision.az-a verilən məlumata görə, bələdiyyə üzvləri yekdilliklə bu vəzifəyə Sultan Əsədovu seçiblər.
Qeyd edək ki, S.Əsədov 1957-ci ildə anadan olub, Azərbaycan Neft-kimya İnstitutunun Sumqayıt filialının mexanika fakültəsini bitirib. 1974-cü ildən Sumqayıtda yaşayır. 1987-1989-cu illərdə Sumqayıt şəhər Dövlət Xlor Layihə Elmi Tədqiqat İnstitutunda şöbə müdiri, 1989-1993-cü illərdə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı istehsalat-istismar birliyinin Vətəndaşlara Xidmət idarəsində sex rəisi, mühəndis və 1993-cü ilin fevral ayından idarə rəisi vəzifəsində çalışıb.
2009 və 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinə üzv seçilib və sədr müavini işləyib. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Məlumat üçün bildirək ki, S.Əsədov 15 dekabr 2015-ci il tarixdən etibarən sədr əvəzi vəzifəsini icra edirdi.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


