Bakı yollarında siqnal dirəkləri quraşdırılıb
"Bu cür halların qarşısını almaq üçün həmin ərazilərdə xəbərdaredici yol nişanlarının quraşdırılmasına baxmayaraq, yolun hərəkət hissəsinə xüsusi qabarıq yolcizgi xətləri çəkilib, ancaq yenə də bəzi sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq köməkçi yoldan əsas yola çıxmağa cəhd göstərirdilər. Nəticədə, digər avtonəqliyyat vasitələrinin hərəkətinə mane olur və qəza şəraiti yaranırdı. Hazırda isə xüsusi siqnal dirəklərinin quraşdırılması ilə bunun qarşısı tamamilə alınıb", - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, işıq əksetdirici xüsusi siqnal dirəklərinin paytaxtın digər avtomobil yollarının zəruri olan hissələrində də quraşdırılması işləri aparılır.
Bu cür siqnal dirəklərinin quraşdırılması, xüsusən gecə saatlarında avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün vacib bir addımdır.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


