Nardaran sakinləri silahlarını polisə təhvil verdi

Nardaran sakinləri silahlarını polisə təhvil verdi
  23 Aprel 2016    Oxunub:2147
Nardaran qəsəbəsinin iki sakini saxladıqları silah-sursatı könüllü olaraq polisə təhvil veriblər.
AzVision.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbə sakinləri Nəsimi Aslanov “AKM” markalı silahı, patron darağını və 10 ədəd patronu, əvvəllər məhkum olunan Zakir Qasımov isə müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil veriblər.

AzVision.az


Teqlər:






Xəbər lenti