Ağdam köçkünləri Ermənistanı Avropa Məhkəməsinə verir - VİDEO (FOTOLAR)

Ağdam köçkünləri Ermənistanı Avropa Məhkəməsinə verir - VİDEO (FOTOLAR)
  23 Aprel 2016    Oxunub:23318
Aprelin 2-də cəbhə xəttində baş verən erməni təxribatı nəticəsində ağır yaralanan mülkü şəxs, Tərtərin Qarağacı kəndində yaşayan məcburi köçkün Cəlal Rəhimovun ailəsi Ermənistandan Avropa Məhkəməsinə şikayət edəcək.

Bu barədə AzVision.az-a Cəlal Rəhimovun oğlu Elçin Rəhimov məlumat verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda lazımı sənədlər toplanaraq erməni işğalı ilə bağlı Avropa Məhkəməsinə müraciət olunacaq.



M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanasında müalicə alan Cəlal Rəhimovun vəziyyəti orta ağırdır. Həkim Nadir Abbasovun sözlərinə görə, C.Rəhimovun ayaqları amputasiya oluna bilər:



Qeyd edək ki, bu ilin aprelin 2-də erməni silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsinə Ağdam rayonundan köçkün düşən Cəlal Rəhimov ağır yaralanıb, onun qardaşı oğlu 23 yaşlı Orxan Rəhimov isə həlak olub. Erməni təxribatları ilə bağlı cinayət işi başlanıb.

Azərbaycanın Avropa İnsan Hüqüqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov AzVision.az-a bildirib ki, cari ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində törətdikləri müharibə cinayətlərindən zərər çəkən vətəndaşlar hüquqlarının müdafiəsi üçün birbaşa Avropa Məhkəməsinə müraciət edə bilərlər.













Hafiz Əhmədov
AzVision.az


Teqlər:  






Xəbər lenti