Avstriya prezidenti Vüqar Bayramovu qəbul edəcək
Vüqar Bayramov bildirib ki, səfər çərçivəsində Avstriyanın bir neçə naziri ilə görüşləri olacaq: “Paytaxtda yerləşən imperial sarayda Avstriyanın Prezidenti cənab Heinz Fişher tərəfindən qəbul ediləcəyik. Avstriya Prezidentinin bizimlə görüşməsi müzakirələrin əhəmiyyətinin yüksək olmasının göstəricisidir. Bununla yanaşı, Neft İxrac edən Ölkələrin Təşkilatı (OPEK), Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) kimi aparıcı təşkilatların rəhbərliyi ilə görüşlər olacaq. Avstriyada fəaliyyət göstərən aparıcı biznes qurumlarının rəhbərləri də beynəlxalq ekspertlər ilə müzakirələr aparacaqlar. Son zamanlar müşahidə edilən qlobal geriləmələr, enerji daşıyıcılarının qiymətindəki dəyişikliklər, müxtəlif ölkələrdən tərəfindən həyata keçirilən iqtisadi islahatlar paketi də müzakirələrin mövzusu olacaq”.
Azərbaycanlı iqtisadçı əlavə edib ki, bir həftə sürəcək müzakirələr və görüşlər yalnız Avstriya hökumət, biznes elitası və beynəlxalq qurum rəhbərləri ilə deyil, eyni zamanda ekspertlər arasında müzakirələrin təşkil edilməsinə imkan verəcək. Bunu qlobal problemlərin müzakirəsinə yeni yanaşma kimi qiymətləndirmək olar. Beynəlxalq ekspertlər həmçinin Salzburq şəhərinə səfər edərək orada dövlət və biznes nümayəndələri ilə görüşlər keçirəcəklər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


