Sabah 29 dərəcə isti olacaq

Sabah 29 dərəcə isti olacaq
  25 Aprel 2016    Oxunub:1944
Aprelin 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:






Xəbər lenti