Prezident laoslu həmkarını təbrik etdi

Prezident laoslu həmkarını təbrik etdi
  25 Aprel 2016    Oxunub:1249
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Volaçitə təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Laos Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Laos arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Laos xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

AzVision.az


Teqlər:






Xəbər lenti