Zakir Həsənov ermənilərin dağıtdığı evlərə baş çəkib

Zakir Həsənov ermənilərin dağıtdığı evlərə baş çəkib
  26 Aprel 2016    Oxunub:4254
“Bu gün səhər saatlarında müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayonuna gəlib və sakinlərlə görüş keçirib. Nazir sakinlərlə görüşdən sonra ötən gün düşmən tərəfindən dağılan evlərə baş çəkib”.
Bunu AzVision.az-a açıqlamasında Tərtərin icra başçısı Müstəqim Məmmədov deyib.

Onun sözlərinə görə, nazirin vətəndaşlarla görüşü zamanı rayon sakinləri ordumuzun son vaxtlar əldə etdiyi nailiyyətlərdən danışıblar.

“Vətəndaşlar ordumuzun düşmənə layiqli cavab verdiyinə görə, nazirə təşəkkür etdilər. Nazirin səfəri rayonda əhali arasında ruh yüksəkliyi yaradıb. Ordumuzun gücünə inanırıq. Cənab nazir sakinlərlə görüşündə bildirdi ki, ordumuz ötən gecə ermənilərin təxribatlarına cavab olaraq düşmənə sarsıdıcı zərbələr endirib".

Anar Kəlbiyev
AzVision.az




Teqlər:  






Xəbər lenti