Bakı aeroportunda silahlı şəxslər saxlanıldı
Bildirilib ki, son günlər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən bu kimi bir neçə fakt aşkarlanıb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan Respublikasına Frankfurt-Bakı, İstanbul-Bakı və Moskva-Bakı aviareysləri ilə gələn Azərbaycan vətəndaşlarından soyuq silahlar - 1 ədəd “beşbarmaq”, 3 ədəd bıçaq, eləcə də 1 ədəd silah darağı və 1 ədəd nişangah aşkar edilərək götürülüb.
Dövlət Gömrük Komitəsi bir daha xəbərdarlıq edir ki, belə əşyaların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə görə məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


