`Kimin pulu varsa, BMT-də istədiyini edəcək`

`Kimin pulu varsa, BMT-də istədiyini edəcək`
  27 Aprel 2016    Oxunub:1831
“Biz bura sülhü təmin etmək, qurmaq üçün yığışmışıq. Müzakirələrdən belə çıxır ki, kimin pulu varsa, BMT vasitəsilə istədiyini edəcək”
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda panel iclasında deyib.

“25 ildir Sovet İttifaqı dağılıb. Bu konsepsiyanın, SSRİ-nin yerində nə qalıb? Azərbaycan bu 25 il ərzində Qərblə sıx əməkdaşlıq edib və bu gündə əməkdaşlığa sadiqdir. Orta Asiya ölkələri Qərblə bu cür münasibətlərin çətinliyini görüb kənara çəkildilər.

Azərbaycan Qərblə sıx əlaqələrə malik ölkədir. Biz bir-birimizə etimad, inamın olmasını istəyirik. Biz kimlə əməkdaşlıq etdiyimizi və hara getdiyimizi bilmək istəyirik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti