`İqtisadi tərəfdaş kimi Azərbaycana güvənirik`- Luis A.Serrano - VIDEO

`İqtisadi tərəfdaş kimi Azərbaycana güvənirik`- Luis A.Serrano - VIDEO
  27 Aprel 2016    Oxunub:1858
`Bir ispan olaraq Azərbaycanı təmsil etməkdən məmnunam`, bunu İspaniyanın aparıcı şirkətlərindən olan MS&F ASSOCIATES – in baş direktoru Luis A.Serrano Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu çərçivəsində keçirilən İspaniya-Azərbaycan Biznes Forumu zamanı AzVision.az-a ekslüziv olaraq bildirib.

Luis A.Serrano İspaniya-Azərbaycan Biznes Forumu kimi görüşlərin keçirilməsinin ispan və Azərbaycan şirkətlərinin biri birini daha yaxından tanımasına imkan yaradacağını qeyd edib.

“MS&F ASSOCIATES olaraq Azərbaycanda 2009 –cu ildən fəaliyyətə bashlamışıq. Azərbaycanın mövcud iqtisadi potensialından xəbərdarıq. Qürurla deyə bilərik ki, şirkətimiz Azərbaycanın İspaniyadakı “iqtisadiyyat səfiri”dir. Belə ki, Azərbaycanın həm yüksək mədəniyyətə malik olduğunu, həm də iqtisadi gücünü ispan şirkətlərinə çatdırmışıq. Hətta deyə bilərəm ki, bu forumda biz İspaniyanı deyil, daha çox Azərbaycanı təmsil edirik. Əminəm ki, birgə əməkdaşlığımız daha da güclənəcək”- Serrano deyib.



Mahir Qurbanov
AzVision.az



Teqlər:






Xəbər lenti