Xəbərdarlıq: hava pisləşəcək, leysan olacaq

Xəbərdarlıq: hava pisləşəcək, leysan olacaq
  27 Aprel 2016    Oxunub:3011
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə aprelin 28-i axşama doğru qərb rayonlarından başlayaraq ayın sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 5-10 dərəcə aşağı enəcək.

AzVision.az


Teqlər:  






Xəbər lenti