Azərbaycanda özəl uçuşlar üçün helikopter sifarişi

Azərbaycanda özəl uçuşlar üçün helikopter sifarişi
  27 Aprel 2016    Oxunub:3152
Azərbaycanda özəl uçuşlar üçün helikopter sifariş etmək mümkün olacaq.
Bu barədə AzVision.az-a AZAL-ın mətbut xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Silk Way Helicopter Services (SWHS MMC) kommersiya helikopter şirkəti Azərbaycanda ilk dəfə olaraq helikopter aviadaşımalarının onlayn sifarişi xidmətini təqdim edir.

SWHS şirkətinin rəsmi internet saytında fiziki və hüquqi şəxslərə çarter və özəl uçuşların onlayn sifarişi təklif olunur. Bütün sərnişinlərə uçuş müddətində sığorta verilir.

Xidmətin göstərilməsi üçün müraciətlərə üç iş günü ərzində baxılır.

Qeyd edək ki, SWHS şirkəti 2015-ci ildə Bakıda keçirilən İlk Avropa Oyunları zamanı helikopterdən foto və videoçəkilişlər təşkil etmişdi.

AzVision.az


Teqlər:  






Xəbər lenti