Azərbaycan pilotsuzları Ermənistanı təşvişə salıb
Oxu.Az xəbər verir ki, “Jokovurd”un məlumatına görə, informasiya texnologiyaları sahəsi üzrə erməni mütəxəssislərindən ibarət qrup Ermənistan Müdafiə Nazirliyi ilə bərabər pilotsuz uçan aparatların zərərsizləşdirilməsi üçün sistemin yaradılması ilə məşğuldur.
“Məlumata görə, işlər sürətlə irəliləyir və İT sahəsi üzrə mütəxəssislər əmindirlər ki, qısa zaman ərzində onlar müvafiq cihazları yaradacaq və yerli müəssisələrin bazası əsasında onların istehsalı və Ermənistan SQ-nə tədarükü mümkün olacaq”, - qəzet yazır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


