Sınaq imtahanlarının nəticələri açıqlandı

Sınaq imtahanlarının nəticələri açıqlandı
  28 Aprel 2016    Oxunub:2027
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 24-də keçirilmiş sınaq imtahanının nəticələrini aprelin 27-də elan edib.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, hər bir abituriyent bu qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48.382 abituriyentdən 3.259 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün on abituriyentin imtahan nəticələri ləğv edilib.

AzVision.az


Teqlər:






Xəbər lenti