Tərtərdə atışma: düşmənə cavab zərbələri endirilib (YENİLƏNİB)
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı AzVision.az-a deyib ki, düşmən Tərtər rayonunun Qapanlı, Qəzyan kəndlərini və Tərtər şəhərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur.
“Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir” deyə, Dərgahlı bildirir.
***
Cəbhədə axşam saatlarında vəzıyyət yenidən gərgınləşib.
Saat 22:00-dan başlayaraq Ermənistan silahlı birləşmələri cəbhəyanı kəndləri atəşə tutmağa başlayıb.
Hazırda Ermənistan tərəfi yaşayış məntəqələrini artilleriya silahlarından atəş açır. Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verir.
Artıq 3 gündür ki, Ermənistan silahlı güvvələri axşam saatlarından başlayaraq yaşayış məntəqələrini ağır silahlardan atəşə tutur.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


