`Belə biabırçılıqlar olmamalıdır` - Oqtay Əsədov
Spiker bildirib ki, parlamentlərarası dostluq qrupunun rəhbərləri cəbhədəki hadisələrlə bağlı beynəlxalq təşkilatlarda olan deputat həmkarlarına məktub yazmalıdır:
“Onlara həqiqətləri çatdırmalıyıq. Düzdür, belə məktublar yazılıb, amma azdır. Bu məsələdə daha aktiv olmalıyıq. Ona görə də bilməyənləri başa salmaq lazımdır. İndiki dövrdə buradan danışmaqdan daha çox parlamentlrəarası dostluq qrupunun üzvləri xaricdə olan həmkarlarına məktub yazmalı və həqiqəti onlara çatdırmalıdır.
Çoxlarının Qarabağ problemindən xəbəri yoxdur. Ad çəkməyəcəyəm, bu yaxınlarda bir ölkənin nümayəndə heyətinin rəhbəri xəritəni qabağına qoyub soruşur ki, Dağlıq Qarabağ hansı ölkənindir, Ermənistanındır? Belə biabırçılıqlar olmamalıdır. Biz aktiv çalışmalıyıq. Ermənilər yalan məlumatları beynəlxalq ictimaiyyətə çatdırır. Biz də bu baxımdan məktubların sayını çoxaltmalıyıq”.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


