Sevanda iki balıq növü yox olur

Sevanda iki balıq növü yox olur
  22 İyul 2013    Oxunub:1201
Sevan gölündə qızılxallı balıq növünün iki yarımnövü yox olmaq təhlükəsi qarşısındadır.
AzVision.az-ın məlumatına görə, Sevan gölündə endemik qızılxallı balıqlar təbii kürüləmə yerlərindən tamamilə məhrum olduqlarından bu növ balıqlar yarım ildən çox müddətdir ki süni yolla artırılır. Vəziyyəti düzəltmək məqsədi ilə Ermənistan hökuməti qızılxallı balıq nəslini qorumaq üçün hər il gölə xırda balıq növləri buraxır. Qeyd edək ki, göldə adı çəkilən növün iki yarımnövü qalmaqdadır. Ermənistanın endemik balıq ehtiyatlarının bərpası üçün hər il 60 milyon dram pul xərclədiyi bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti