Nazir müəllimlərlə bağlı əmr imzaladı
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə imzaladığı əmrinə görə, müəllimlərin rayon (şəhər) daxili yerdəyişməsini həyata keçirmək yerli təhsili idarəetmə orqanlarına tapşırılıb .
Yerli təhsili idarəetmə orqanlarına həmçinin vakant yerlər barədə məlumatların mayın 22-ə kimi proqram təminatına daxil edilməsini təmin etmək də tapşırılıb.
Əmrdə nəzərdə tutulan qaydalara görə, müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi hər iki müəssisə rəhbərinin rəyi əsasında tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Xatırladaq ki, Təhsil Nazirinin əmri ilə, ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi üçün apelyasiya komissiyasının tərkibi də təsdiqlənib.
Komissiyanın sədri: Aparat rəhbərinin müavini Fərzəli Qədirovdur.
Komissiyanın üzvləri: Eşqi Bağırov – İnsan resursları şöbəsinin müdir müavini – sektor müdiri
Nicat Quliyev – Daxili təhlükəsizlik sektorunun müdiri.
Gültəkin Ələsgər
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


