Azərbaycanda dələduzluq cinayətləri artıb

Azərbaycanda dələduzluq cinayətləri artıb
  04 May 2016    Oxunub:2046
“Azərbaycanda bəzi cinayətlərin sayı artıb”.
AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi vəzifəsini icra edən, ədliyyə general-mayoru Hüseyn Əlixanov deyib. Onun sözlərinə görə, ölkədə dələduzluq və tamah məqsədi ilə bağlı törədilən cinayətlərin sayı çoxalıb.

H. Əlixanov həmçinin qeyd edib ki, son bir ildə vərəm xəstəliyindən ölən məhkumların sayı da kifayət qədər azalıb.

Azərbaycanda 6 min nəfərə yaxın məhkumun işlə təmin olunduğunu deyən ədliyyə general-mayoru bildirib ki, cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların hüquqları qorunur və təhlükəsizlikləri də təmin olunur.

Qeyd edək ki, bu gün 6 saylı Cəzaçəkmə Müəssisəsində Penitensiar Xidmətin CCM-larında cəza çəkən məhkumların əl işlərindən ibarət sərgi keçirilib. Müəssisənin zalında müxtəlif CCM-lardakı məhkumların əl işləri nümayiş etdirilib.

AzVision.az

Qalereya




Teqlər:






Xəbər lenti