`Qapıya açar vurub, gözləyir ki...` - YAP-çı deputat

`Qapıya açar vurub, gözləyir ki...` - YAP-çı deputat
  06 May 2016    Oxunub:2185
Millət vəkili Siyavuş Novruzov Milli Məclisin iclasında pay torpaqları ilə bağlı çıxış edib.
AzVision.az xəbər verir ki, S.Novruzov çıxışında mövcud problemlərə toxunub:

“MDB məkanında torpaq islahatı ilk dəfə Azərbaycanda həyata keçirilib, torpaqlar insanlar arasında paylanılıb. Həmin torpaqlardan istifadə vətəndaşların özlərinə həvalə olunub. Ancaq bir çoxları tənbəllik edib kənd təsərrüfatı ilə məşğul olmaq istəmirlər. Digər bir qisim isə iş görür, ümumi tədarükü bazara çıxarda bilmir. Düzdür, burada müəyyən obyektiv və subyektiv səbəblər var. Elə şəxslər var ki, emal müəssisəsi yaradıb, qapısına açar vurub gözləyir ki, nə vaxt vergi dərəcələri aşağı düşəcək. Ona görə də bu məsələlərə kompleks yanaşmaq lazımdır”.

S.Novruzov bildirib ki, bu məsələlər araşdırmalıdır: “Ölkə başçısı göstəriş verib ki, istifadə olunmayan torpaqlar istifadə olunmalıdır. İstifadə olunmadığına görə cərimə tətbiq olunmalıdır. Axı məhsul əkib, onu istehsal edən əkinçi istehsal etdiyi məhsulunu bazar çıxarda bilmir. Məsələn, SSRİ dövründə müəyyən emal və tədarük müəssisələri var idi ki, kəndçi məhsulunu ora təqdim edirdi. Bu gün o müəssisələr yoxdur. Gərək, biz kəndçiyə əkdiyi məhsulu bazara çıxartmaq üçün yol göstərək, sonra ondan nəyisə tələb edək”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti