24 yaşlı oğlanın yandırılması ilə bağlı rəsmi məlumat

24 yaşlı oğlanın yandırılması ilə bağlı rəsmi məlumat
  09 May 2016    Oxunub:2346
Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 7-də Bərdə rayonunun Piyadalar kəndində naməlum şəxs kənd sakini Salman Bayramova baş nahiyəsindən küt alətlə xəsarət yetirmiş, onu və yaxınlıqda dayanmış ona məxsus “VAZ-2107” markalı avtomobili benzinlə yandırıb.

Xəstəxanaya yerləşdirilmiş S.Bayramovun vəziyyəti ağırdır.

Faktla əlaqədar cinayət işi başlanıb.

AzVision.az


Teqlər:  






Xəbər lenti