Ordumuz erməni generalın əmisi oğlunu yaraladı
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, 32 yaşlı Artur Saroyan muzdlu kimi aprel döyüşlərində Qarabağa gəlib.
Hazırda o, Erebunidə Tibb Mərkəzinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Artur Saroyan süni nəfər aparatına qoşulub.
Qeyd edək ki, general Saroyan Qarabağ müharibəsi zamanı dinc azərbaycanlılara qarşı törətdiyi vəhşilikliklərlə yadda qalıb.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


