DİN narkotik əməliyyatı keçirdi
Baş İdarə əməkdaşlarının Biləsuvar rayonu, Cürəli kəndi ərazisində həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində isə əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Şahin Mirzəzadə saxlanılıb. Saxlanılan şəxsdən əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 18 kiloqram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.
Araşdırmalarla müəyyən olunub ki, Ş.Mirzəzadə narkotik vasitələri İran İslam Respublikasının Ərdəbil şəhərində tanış olduğu “Dadaş” adlı şəxsdən əldə edib. İran vətəndaşı, Ş.Mirzəzadəyə külli miqdarda narkotik vasitələri respublikamızın ərazisinə keçirməyi və bunun müqabilində ona 2000 ABŞ dolları verəcəyini vəd edib. Saxlanılan şəxs təklifini qəbul edib həmin narkotik vasitələri əldə edərək ölkəyə gətirən zaman polis əməkdaşları tərəfindən tutulub. Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


