`Heydər Əliyev dedi ki, jurnalistlər də mənimlə bərabər...` - VİDEO
Onların jurnalist fəaliyyətlərinin qızıl dövrü gənc yaşlarına təsadüf edir. Bu gün müxtəlif televiziyalarda çalışan Emil Babaxanov, Sevinc Vaqifqizi, Aynur Nəsirova və adını çəkmədiyimiz onlarla jurnalist, operator ümummilli lider Heydər Əliyevin fəaliyyətini işıqlandıran insanlardır. İndi onların dediyi ümumi bir fikir var. Səmimiyyəti, diqqəti, qayğıkeşliyi ilə Heydər Əliyev onlar üçün heç vaxt unudulmayacaq müsahib olub. Rəsmi səfərlər, çəkilişlər ərəfəsində ulu öndərin jurnalistlərə fərdi münasibəti bunu deməyə əsas verir.
Milli liderin Türkiyə səfəri isə o zaman yerli telekanallardan birində çalışan Sevinc Vaqifqızının yaddaşına unudulmaz an kimi həkk olunub. İndi Region TV-də fəaliyyətini davam etdirən Aynur Nəsirovanınsa Ulu öndərdən aldığı ilk müsahibədə verdiyi sual ona sonrakı çəkilişlərdə ön sırada durmaq fürsəti yaradıb. Rəsmi səfərlərində də ümummilli lider Heydər Əliyevlə birgə olan jurnalistlər çəkilişin maraqlı məqamlarını, Ulu öndərin səmimi münasibətini indi də gülümsəyərək xatırlayırlar.
Ulu öndər bir çox sahədə minlərlə peşəkar kadrların yetişməsi üçün hər cür şərait yaradıb. Amma jurnalistlər üçünsə məhz milli liderlə görüş, müsahibə peşəkarlığı formalaşdıran əsas amil olub. Çünki bir çox sahəyə incəliklərinədək bələd olan Heydər Əliyev jurnalist peşəsinin xüsusiyyətlərindən də xəbərdar idi. Elə buna görə də o, hər zaman jurnalistlərin ən çox sevdiyi müsahib olub.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


